İdman

Həbib Nurməhəmmədovun meneceri həbs edildi - FOTO

7 Oktyabr 2018 10:21
Baxış: 10 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı samboçu Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib.

Milli.Az xəbər verir ki, o, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dava Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən dərhal sonra başlayıb. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Bununla yanaşı, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan edilib, lakin çempion kəməri ona təqdim olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.