İdman

27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov qalib gəldi, tribunalarda kütləvi dava düşdü - VİDEO - FOTO - YENİLƏNİB

7 Oktyabr 2018 10:05
42 Şərh     Baxış: 21 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:05

Las-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kütləvi dava H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasında xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Onu da qeyd edək ki, Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib.

O, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Videonu izləmək üçün şəklə klikləyin:
27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi

Videonu izləmək üçün şəklə klikləyin:
Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava

---------

09:15

Rusiya təmsilçisi dördüncü raundda boğucu fəndlə qalib gəlib.

Bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb - 27 oyun, 27 qələbə!

----------

09:08

Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəlib.

--------

08:42

Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, qarşılaşma Las-Veqasın şəhərətrafı ərazisi "Ti-Mobayl-arena"da keçirilir.

Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.