İdman

"Bəxtimiz gətirdi" - "Arsenal"ın müdafiəçisi

5 Oktyabr 2018 11:56
1 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox çətin oyun oldu. "Qarabağ" yaxşı oynadı. Onların qol şansları çox olsa da, yararlana bilmədilər. Qələbə qazandığımız üçün xoşbəxtik. Çox çalışmalı və oyunumuzu inkişaf etdirməliyik.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə "Qarabağ"a 3-0 hesabı ilə qalib gələn "Arsenal"ın müdafiəçisi Sokratis Papastatopulos klubun rəsmi saytına açıqlamasında deyib. Oyunda ilk qolu vuran yunan müdafiəçi "Arsenal"da qol hesabını açıb. O, buna görə Naço Monreala təşəkkür edib: "Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Qol hesabımı açdığım üçün çox şadam"

30 yaşlı futbolçu qol buraxmadıqları üçün şad olduğunu deyib: "Qol buraxmadığımız üçün şadam. Həm "Qarabağ"la, həm də son matçlardakı qələbələrə görə çox sevinirəm. Yaxşı müdafiə olunduğumuz görüşlər olub. Ancaq yenə də inkişaf etməliyik. Çünki "Qarabağ" xeyli qol şansını qaçırdı. Həmin epizodlarda bəxtimiz gətirdi və bunu çox gözəl başa düşürük. Oyunumuzun getdikcə müsbətə doğru dəyişdiyini söyləmək olar".

Sokratis üçlü müdafiə sistemində oynamaları barədə bunları deyib: "Bu, mənim üçün yaxşı oldu. Tomas Tuhelin rəhbərliyi altında "Borussiya"da da bu çox oynamışam. Məncə, uğurlu sistemdir. Təbii ki, baş məşqçi daha yaxşı bilər. O, bəzi taktiki gedişləri sınayır. Hər şey komandanın xeyri üçündür. Məncə, doğru yoldayıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.