İdman

"Kəpəz" formanı yerə çırpan futbolçunu cəzalandırdı - 1 aylıq məvacibi kəsildi

26 Sentyabr 2018 17:45
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın ötən gün keçirilən İntizam Komitəsinin iclasında Birinci Divizionun 4-cü turu çərçivəsində reallaşan "Zaqatala" - "Kəpəz" oyununda baş verən hadisələrə qiymət verilib.

Milli.Az xəbər verir ki, oyunun 90+3-cü dəqiqəsində "sarı-göylər"in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.

Eltac Mirzəyev meydançanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb. Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında heç də bir mənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.

Oyun zamanı idmançıya yaraşmayan aqressiv hərəkət etdiyi üçün meydandan qovulan hücumçu komandasını azlıqda qoymaqla pis vəziyyətə salıb. Meydançanı tərk edəndə isə şərəfini qoruduğu kluba qarşı hörmətsizlik göstərib. Bütün bunlar nəzərə alınmaqla futbolçunun bir aylıq məvacibi kəsilib və bir müddət məşqlərdən kənarlaşdırılıb.

Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Eltac Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.