İdman

Portuqaliya mətbuatı: "Qarabağ" onu havayı əldə edib"

26 Sentyabr 2018 16:20
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ"ın yay transfer dövründə "Sportinq"dən heyətinə cəlb etdiyi Simeon Slavçevlə bağlı maraqlı məlumat yayılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Portuqaliya mətbuatının yaydığı məlumata görə, Ağdam klubu Bolqarıstan millisinin üzvü üçün transfer haqqı ödəməyib. 24 yaşlı futbolçunu heyətdə düşünməyən "Sportinq" rəhbərliyi onun gedişinə mane olmayıb. Belədə, Slavçev "Qarabağ"a azad agent statusu ilə qoşulub. "Köhlən atlar" ona yalnız imza pulu ödəyib.

Yeri gəlmişkən, Slavçev "transfermark"da 1,1 milyon avro ilə "Qarabağ"ın ən dəyərli futbolçusu kimi göstərilir.

Slavçev "Sportinq"ə 2014-cü ildə keçib və Lissabon təmsilçisinin heyətində möhkəmlənə bilməyib. O, "Bolton", "Apollon" və "Lexiya" klublarında icarədə olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.