İdman

Lempard Mourinyoya "Old Trafford"da şok yaşatdı - VİDEO - FOTO

26 Sentyabr 2018 10:14
0 Şərh     Baxış: 2 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunlarına start verilib.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford"da Frenk Lempardın çalışdırdığı Çempionşip təmsilçisi "Derbi" ilə qarşılaşıb. Matçın əsas vaxtı 2-2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər zərbəsində aşağı dəstə təmsilçisi daha dəqiq oynayaraq, mərhələ adlayıb.

Qeyd edək ki, Lempard "Çelsi"də oynadığı dönəm hazırda "Mançester Yunayted"i çalışdıran Joze Mourinyonun rəhbərliyi altında çıxış edib. 

"Mançester Yunayted" 2-2 "Derbi"

Qollar: Xuan Mata, 3, Maruan Fellaini, 90+5 - Harri Uilson, 59, Cek Marriot, 85

Qırmızı vərəqə: Serxio Romero, 67 ("Mançester Yunayted")

Penaltilər: 7:8

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.