İdman

"Ramil Şeydayevin Azərbaycan millisini seçməsi axmaqlıq idi" - Rusiyalı şərhçi

25 Sentyabr 2018 13:15
3 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin "Moskvanın səsi" radiosunda "Zenit"i yetirmələrinə diqqət ayrımamasına görə tənqid edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 46 yaşlı ekspert "Zenit"in yetirməsi olan Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib:

"Zenit"in yetirmələri olan və bu klubda hazırda oynamayan futbolçulardan ibarət əla komanda yaratmaq olar. "Zenit" öz resusların diqqət ayırmır. Aleksandr Qorşkovun əvəzedici komandadan qovulmasını deyə bilərik. Milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, o, Azərbaycan yığmasını seçdi. Türkiyəyə yollandı. Yaxşı mərkəz hücumçusu idi. Onun Azərbaycan millisini seçməsi və "Trabzonspor"a yollanması axmaqlıq idi. Ramil "Zenit"də qala bilərdi. Bunlar mənə qəribə gəlir".

Qeyd edək ki, Şeydayev hazırda Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.