İdman

"Mourinyonun karyerama güclü təsiri olub" - Lempard

25 Sentyabr 2018 11:39
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard İngiltərə Liqa kubokunda "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sabiq "Çelsi"li futbolçu MY-nin güclü komanda olduğunu bildirib. Lempard "goal.com"a açıqlamasında bunları deyib:

"Səbirsizliklə bu oyunu gözləyirəm. "Mançester Yunayted" güclü komandadır. Joze Mourinyo kimi məşqçiyə sahibdirlər. Mourinyonun karyerama güclü təsiri olub. Ondan çox şey öyrənmişəm. Azarkeşlərin zövq alacağı bir oyun sərgiləmək istəyirik".

Karyerası ərzində "Vest Hem", "Çelsi", "Suonsi", "Mançester Siti" kimi komandalarda top qovmuş Lempardın futbolçu kimi son iş yeri MLS təmsilçisi "Nyu-York Siti" olub.

Lempard may ayında "Derbi Kaunti"nin "sükanı arxasına" keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.