İdman

"Qarabağ"ın rəqibi "Braqa"ya uduzdu - VİDEO

25 Sentyabr 2018 11:07
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Portuqaliya çempionatında 5-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Sportinq" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Braqa" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

"Sportinq" 5 oyundan sonra 10 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

"Qarabağ" "Sportinq"ə qarşı ilk oyununu sentyabrın 20-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 29-da Bakıda baş tutacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.