İdman

Ronaldu və Messinin gəlməməsi futbolu nüfuzdan salır - FİFA nümayəndəsi

25 Sentyabr 2018 08:40
3 Şərh     Baxış: 2 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştianu Ronaldunun Londonda ilin ən yaxşı futbolçusunun mükafatlandırılması mərasiminə gəlməməsindən narazı qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Beynəlxalq Futbol Federasiyası nümayəndəsinin sözlərini "Marca" qəzeti sitat gətirib.

"Bu, futbolu nüfuzdan salır və onlar bunu dərk etmirlərr", - deyə o bildirib.

Bundan əvvəl Ronaldu "Yuventus"un gərgin iş qrafiki səbəbindən, Messinin isə şəxsi səbəblərə görə tədbirdə iştirak etməyəcəyi məlum idi.

FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu "Real"ın xavbeki xorvatiyalı Luka Modriç seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.