İdman

Serena Uilyams məşqçisini yalan danışmaqda ittiham edib

25 Sentyabr 2018 08:10
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib.

Milli.Az "Report"a istinadən bildirir ki, onun öz məşqçisini yalan danışmaqda ittiham etdiyi müsahibəsi "The Project" şousunun "Twitter" mikrobloqunda dərc olunub.

İdmançının sözlərinə görə, məşqçi oyun zamanı heç vaxt ona işarə verməyib:

"Onun nə danışdığını anlamıram. Mən ondan soruşdum: heç bir işarə olmayıb. Bizim aramızda heç vaxt heç bir işarə olmayıb. O, əl-qol hərəkətləri ilə mənə nəsə göstərişlər verdiyini deyir".

Tennisçi əlavə edib ki, Muradoğlunun "US Open-2018"in finalında baş verən hadisəni təhrif etməsində heç bir məna görmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.