İdman

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç seçildi

25 Sentyabr 2018 07:56
0 Şərh     Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən 2018-ci ilin ən yaxşı oyunçusu seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mükafat futbolçuya Londonda xüsusi mərasimdə təqdim olunub.

Ötən mövsümdə futbolçu "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi, Xorvatiya yığmasının tərkibində isə dünya ikincisi olub.

Modriçlə yanaşı "ilin futbolçusu" adına daha iki futbol iddia edirdi: "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.