İdman

“Qalatasaray”ın hədəfindəki qanalı

25 Sentyabr 2018 08:43
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın növbəti transfer hədəfi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Srvena Zvezda"nın üzvü Riçmond Boakyeni heyətinə qatmaq istəyir.

Həftəsonu "Qalatasaray"ın nümayəndələri qanalı futbolçunun çıxışını "Partizan"la oyunda (1:1) stadiondan canlı izləyiblər.

Həmin matçda komandasının yeganə qolunu vuran Boakyenin "Srvena Zvezda"la ilə müqaviləsi 2020-ci ilə kimidir.

Afrikalı futbolçu ilə "Qalatasaray"la yanaşı, "Borussiya" (Dortmund), "Cenoa", SPAL, "Peskara", "Fiorentina", "Vilyareal", "Valyadolid", "Hetafe", "Las Palmas" və "Lill" maraqlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.