İdman

İbrahim Üzülməzin əvəzinə Okan Buruk

25 Sentyabr 2018 08:33
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Superliqada mübarizə aparan "Çaykur Rizespor"un yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İbrahim Üzülməzin gedişindən sonra boşalan postu Okan Buruk tutub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Təyinatından sonra Buruk təyinatı ilə bağlı bunları deyib:

"Rizəlilər sosial media vasitəsi ilə mənə dəstək verdilər. Mən də onlarla birlikdə olmaq istədim. İnanıram ki, komandanı layiq olduğu yerə daşıyacağıq. Çempionatın sonuna 28 tur var. Səbr və inamla əlimizdən gələni edəcəyik. Azarkeşlərin də hər zaman komandanın yanında olmasını istəyirəm".

Qeyd edək ki, "Çaykur Rizəspor" 6 turdan sonra 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.