İdman

Spaletti kameraya “Qol” qışqırdığı üçün cəzalandı

25 Sentyabr 2018 08:13
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in baş məşqçisi Luçano Spaletti cəzalanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "A" seriyasının 5-ci turunda "Sampdoriya" ilə oyunda komandası qələbə topunu vurduğu zaman kameraya "Qol" deyə qışqırıb.

Bu səbəbdən matçın baş hakimi Spalettini ehtiyat oyunçular skamyasından uzaqlaşdırıb. Nəticədə federasiya 59 yaşlı mütəxəssisi bir oyunluq cəzalandırıb. O, "Fiorentina" ilə matçda ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.

Qeyd edək ki, "İnter"in 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 90+4-cü dəqiqədə penaltidən vurulan qola Spalettinin aqressiv reaksiya verməsi səbəbsiz deyildi. Belə ki, buna qədər Milan klubu 2 dəfə rəqib qapısına yol tapsa da, hakim VAR sisteminə müraciət etdikdən sonra qolu ləğv etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.