İdman

İstanbul derbisində qalib aşkarlanmadı

25 Sentyabr 2018 08:03
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun son matçında İstanbul derbisi baş tutub. "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Görüşdə hesabı "Beşiktaş" açsa da, meydan sahibləri ikinci yarıda vurulan qolla yenilgidən qaçıblar - 1:1.

Türkiyə Superliqası

VI tur

24 sentyabr

"Fənərbaxça" - "Beşiktaş" 1:1
Qollar:
 Babel, 40 (0:1), Ayev, 71 (1:1)

Qeyd edək ki, bu heç-heçədən sonra "Fənərbaxça" 7 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. "Beşiktaş" isə 11 xalla dördüncüdür. Lider "Başakşehir"in aktivində 13 xal var. "Qalatasaray" və "Kasımpaşa" isə 12 xalla 2-3-cü yerləri bölüşürlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.