İdman

FIFA ilin ən yaxşılarını açıqlayıb - VİDEO

24 Sentyabr 2018 23:22
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin paytaxtı Londonda FIFA-nın "The Best" mükafatının qalibləri açıqlanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, tədbirdə əvvəlcə 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Bu, İngiltərənin "Liverpul" klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Salahdır. Salah "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya "Real Madrid"inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

Madridin "Real" klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, "Tottenhem") və Kasper Şmeyheli (Danimarka, "Lester") qabaqlayıb.

Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
FIFA 2018-ci ilin ən yaxşı qolunun müəllifini açıqlayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.