İdman

"Qalatasaray" mövsümdə ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb - FOTO

23 Sentyabr 2018 22:35
8 Şərh     Baxış: 2 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 23-də futbol üzrə Türkiyə Superliqasının altıncı turunda son çempion "Qalatasaray" komandası səfərdə autsayder "Akhisarspor" klubu ilə qarşılaşıb.

İstanbul komandası bu mövsüm Türkiyə superkuboku uğrunda oyunda məğlub olduğu rəqibinə çempionat oyununda 3:0 hesabı ilə uduzub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.

Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Adrian Reqattin topu rəqib qapısından keçirib. Lakin qonaq komandanın oyunçularının etirazından sonra görüşün referisi VAR sistemi vasitəsilə qolun oyundankənar vəziyyətdən vurulduğunu müəyyənləşdirib.

Qırx üçüncü dəqiqədə isə qonaqlardan Qeri Rodriges təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Matçın 51-ci dəqiqəsində meydan sahibləri Elvis Manunun qolu ilə hesabı açıblar - 1:0. Səksəninci dəqiqədə Güray Vural penalti zərbəsi ilə hesab arasındakı fərqi artırıb - 2:0. Bundan dörd dəqiqə sonra isə Mustafa Yumlu oyunda üçüncü topu "sarı-qırmızılılar"ın qapısından keçirib - 3:0.

Bu, Manisa şəhərinin təmsilçisinin cari çempionatda ilk qələbəsi olub. Fatih Terimin baş məşqçisi olduğu komanda isə bu mövsüm çempionatda ikinci dəfə böyük hesabla məğlub olub.

Qeyd edək ki, bu tur keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan "Başakşehir" klubu səfərdə "Bursaspor"la heç-heçə edərək, "Trabzonspor" isə öz meydanında "Göztəpə"yə məğlub olaraq xal itiriblər.

Tura sentyabrın 24-də keçiriləcək İstanbul derbisi ilə yekun vurulacaq. "Fənərbağça" klubu "Ülker" stadionunda "Beşiktaş" kollektivini qəbul edəcək.

Hazırda "Başakşehir" 13 xalla superliqanın vahid lideridir. "Qalatasaray" və "Kasımpaşa" 12 xalla ikinci və üçüncü yeri bölüşürlər. Hesabında 11 xal olan "Konyaspor" dördüncü, "Beşiktaş" isə 10 xalla beşinci pillədə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.