İdman

Azərbaycan çempionatında məşqçilər meydandan qovulub - VİDEO

23 Sentyabr 2018 10:45
1 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

Qeyd edək ki, oyun "Neftçi"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan çempionatında məşqçilər meydandan qovulub

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.