İdman

""Neftçi" belə oynaya-oynaya çempion olacaqsa..."

23 Sentyabr 2018 09:08
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqibdən yaxşı oynadığımızı düşünürəm. Şans "Neftçi"nin tərəfində idi. Üstün tərəf "Zirə" idi - bunu tam əminliklə deyirəm. Özləri də təsdiqləyə bilər".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqasının V turunda "Neftçi"yə 1:2 hesablı məğlubiyyətdən sonra söyləyib.

33 yaşlı qapıçı baş məşqçi postuna Samir Abasovun gəlişindən sonra komandanın yeni sistem üzərində işlədiyini deyib:

"Samir müəllim "Sumqayıt"dakı sistemini burda da tətbiq etmək istəyir. Bir az vaxt lazımdır. Komandanın buna yavaş-yavaş öyrəşdiyi görsənir. Bu, hər bir komandanın başına gələ bilər. Qara zolağa düşmüşük. Bu vəziyyətdən çıxmaq lazımdır. Bu gün əlimizdən gələni etdik. Amma bəxt "Neftçi"dən yana idi. Rəqib sanki meydanda yox idi. Qapımıza 2 zərbələri oldu, onlar da qolla nəticələndi. Rəqibin geniş heyəti var. Bizdə uşaqlar baş məşqçiyə öyrəşməyə çalışırlar. Qalib gəlidlər, tərbik edirəm. Lakin yenə deyirəm - şans onların tərəfində idi".

Nəzirovun sözlərinə görə, "Zirə" cari mövsümdə bir qələbə qazansa, qara zolaqdan çıxa bilər:

"İlk mövsümdə komanda çox yaxşı oynamasa da, udurdu. Əsas məsələ qələbə əldə edib, vəziyyətdən çıxmaqdır. "Neftçinin çempionluğa oynadığını deyirsiniz. Belə oynaya-oynaya çempion olacaqsa... Neçə matçdır baxırıq, 70-ci dəqiqədən sonra bu cür çıxış edir. Bu, bəlkə baş məşqçinin öz taktikasıdır. İşə yarayır deyə, belə oynadır. Onları təbrik edirəm. İnanıram ki, vəziyyətdən çıxacağıq".

"Zirə" sentyabrın 26-da I turdan təxirə salınmış"Qarabağ"la oyuna çıxacaq. Kapitan bu görüşə yaxşı hazırlaşacaqlarını və müsbət nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Qeyd edək ki, car çempionatda 4 oyun keçirən "Zirə" 1 xalla sonuncu pillədədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.