İdman

"Bu klub Azərbaycan futbol ictimaiyyətini təəccübləndirməyi bacarıb"

22 Sentyabr 2018 22:40
0 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyun həqiqətən maraqlı keçdi. Əsasən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Getdickə daha da artırmalıyıq. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Bu klub Azərbaycan futbol ictimaiyyətini təəccübləndirməyi bacarıb".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının V turunda "Sabah"la evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Demək olarmı ki, bu gün 1 xal qazanmadınız, 2 xal itirdiniz?

- Əlbəttə, baxımlı oyunla 3 xal qazanmaq yaxşı olardı. Ancaq bu gün xal qazanmışıqsa, aktivimizə 1 xal gəlir. Oyunumuzu yaxşılaşdırsaq, səfərdə də qalib gələ bilərik. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Şanslarımızdan yararlana bilməmək ustalıq səviyyəsi ilə də bağlı ola bilər, bəxtsizliklə də. Düşünürəm ki, qol epizodlarından yararlanmamağımız gələcəkdə özünü göstərəcək.

- Meksikalı legioneriniz Edqar Paçeko ən yaxşılardan idi, ancaq onu əvəzlədiniz. Özü də sanki narazı idiniz...

- Paçekonun əvəzlənməsi oyunu ilə bağlı deyildi. Ayağında ağrı vardı. İstəmədik ki, risk edək. Rəqibin əks-hücumlarının qarşısını almağımız lazım idi. "Sabah"ın əks-hücumları təhlükəlidir.

- Hər dəfə Fəhmin Muradbəylini Aqşin Qurbanlı ilə əvəzləyirsiniz. Bu, 21 yaş limitnə görədir, yoxsa?..

- Fəhmin son vaxtlar həm yığmada, həm də U-21-də çox çalışıb. Bu gün də bacardığı qədər gücünü ortaya qoydu. Onun əvəzlənməsi başqa bir şeylə bağlı deyil. Aqşin də 21 yaş limitli futbolçularımızdan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.