İdman

Millimiz İngiltərəyə qarşı

22 Sentyabr 2018 14:34
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, Moldovadakı "Technical Centre Vadullui Voda" stadionunda, saat 16:00-da başlayacaq oyunda U-17 İngiltərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyunu Katarina Kampos (Portuqaliya) idarə edəcək. Ona həmyerlisi Vanessa Alexandra Dias və moldovalı Maria Buclis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natalia Ceban (Moldova) yerinə yetirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.