İdman

İkiqat dünya çempionu Bakıya gəlir

22 Sentyabr 2018 13:14
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə dünya çempionatının ikiqat sahibi Kafu sentyabrın 26-da "Boulevard Hotel"də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kafu XOH-nın dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək. 

Bunun üçün Bakıda xüsusi imzalanma mərasimi keçiriləcək. Bir gün sonra Gənclər və İdman naziri Azad Rəhimov ilə XOH lideri Devid Evanqelista arasında bəyannamə imzalanacaq.

Qeyd edək ki, Azərbaycan 25 ildir ki, XOH-nın üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan XOH-nın bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançısı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.