İdman

Qəssab klubun kuboklarını aldı - Ət borcuna görə

22 Sentyabr 2018 13:04
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə futbolunda maraqlı hadisə baş verib. "Manisaspor" klubunun kubokları əlindən alınıb.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, buna TFF II Liqada mübarizə aparan klubun şəhərdəki bir qəssaba 161 min lirə borcu səbəb olub. Qəssabın məhkəməyə müraciətindən sonra qeyd edilən məbləğn qarşılığında kuboklar ona verilib.

Məsələ ilə bağlı rəsmi açıqlama yayan "Manisaspor" keçmiş rəhbərlikdən qalan bocrcların çox olduğunu, vəziyyəti düzəltməyə çalışdıqlarını və yerli əhalinin köməyinə ehtiyacın olduğunu bildirib.

Bir müddət öncə də klubun işçilərindən biri 16 min lirəlik pulu məhkəmə vasitəsi ilə almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.