İdman

Tərlan Əhmədov yenidən Premyer Liqaya qayıdır

22 Sentyabr 2018 22:04
0 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"də Sənan Qurbanov dönəmi başa çatır.

Milli.Az bildirir ki, sportlife.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqadakı növbəti məğlubiyyətlər baş məşqçi üçün son olacaq. Hər şey buna uyğun planlaşdırılıb.

"Qarabağ" və "Keşlə" klubları ilə oyunlardakı məğlubiyyətlərdən sonra bu istefa tam rəsmiləşə bilər.

"Qarabağ"ın indiki "Qəbələ" ilə oyunda xal itirməsi inandırıcı deyil. Yəni "Keşlə" və yaxud növbəti oyunlardakı 1 məğlubiyyət onun postundan göndərilməsi üçün səbəb olacaq.

Sənan Qurbanovu baş məşqçi postunda Tərlan Əhmədov əvəz edəcək. "Neftçi"dən ayrılandan bəri işsiz olan Əhmədovu "Qəbələ" rəhbərliyinə Ramin Musayev təklif edib. Əslində, Əhmədovun bir müddət əvvəl "Keşlə"yə baş məşqçi təyin olunması variantı da var idi. Lakin "Qəbələ" variantı yarandığına görə, Musayev Əhmədova bir az da gözləməyi məsləhət görüb.

Qeyd edək ki, xəbəri 1 ay öncədən bilsək də, indi yazmaq qərarına gəldik. Xəbər artıq klub daxilində də yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.