İdman

Putin Bakıda dünya çempionatını izləyəcək

22 Sentyabr 2018 11:14
Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, sentyabrın 25-də Bakıda olacaq V.Putin Milli Gimnastika Arenasına yollanacaq.

O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.

V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.