İdman

3 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

22 Sentyabr 2018 10:59
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Milli.Az xəbər verir ki, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq

1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

73 kq

1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.