İdman

Tanınmış jurnalist Premyer Liqa klubunda idman direktoru oldu

22 Sentyabr 2018 10:24
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emin Abbasov yeni vəzifəyə təyin olunub. "Sabah"da məsləhətçi kimi çalışan sabiq jurnalist bundan sonra fərqli vəzifədə görünəcək.
 
Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, idman direktoru postuna təyinat alıb. Bir neçə gün öncə birillik müqavilə bağlayan Abbasov 3 aylıq məsləhətçi rolunda özünü doğrultduğundan etimad qazanıb.
 
Əslində, Emin bəyin işi hələ "Xəzər"də işləyərkən də göz önündə idi. Sabiq telejurnalist qısa "Qarabağ" karyerasından xeyli sonra divizion klubu "Şüvəlan"da özünü isbatlamış, "Xəzər"lə isə çempion olmuşdu. Ötən mövsüm ilk pilləni tutan bu komandanın uğurunda Abbasovun böyük xidməti olmuşdu. İndi isə o, "Sabah"da fəaliyyətini uğurla davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.