İdman

Emeri Avroliqa tarixinə düşdü

21 Sentyabr 2018 16:44
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal"ın baş məşqçisi Unay Emeri rekorda imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəsis Avropa Liqasında ən çox qələbə qazanan baş məşqçi olub. O, "Arsenal"ın I turda Ukrayna "Vorskla"nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 32-ci qalibiyyətinə sevinib. Bu isə rekord göstəricidir. 

Buna qədər İspaniyanın "Sevilya" klubu ilə 31 qələbə əldə edən Emeri 2014-2016-cı illər ərzində ardıcıl 3 dəfə Avroliqanın qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.