İdman

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim" - "Neftçi"nin sabiq baş məşqçisi

21 Sentyabr 2018 18:28
0 Şərh     Baxış: 1 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Azərbaycanda işlədiyi vaxtlardan danışıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 63 yaşlı çexiyalı mütəxəssis "Sport-Ekspress"ə müsahibəsində "Neftçi"də çalışdığı müddət ərzində qumarxanaya getmədiyini söyləyib. 

"Ruletkanı çox sevirdim. Əslində mən qumarbaz deyiləm. Sankt-Peterburqda həftədə 3 dəfə kazinoya gedirdim. Azərbaycanda "Neftçi" klubunun baş məşqçisi olmuşam. Orada kazino yox idi və mən özümü sakit hiss edirdim. Ruletkanı da xatırlamırdım".

Qeyd edək ki, Vlastimil Petrjela 2007 - 2008 mövsümünün ilk yarısında "Neftçi" klubunun baş məşqçisi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.