İdman

Pike tennis turniri keçirəcək - Qalibə 10 milyon dollar mükafat

21 Sentyabr 2018 16:16
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kosmos" investisiya qrupu "Barcelona"nın müdafiəçisi Jerar Pikenin rəhbərliyi ilə kişilər arasında yüksək səviyyəli "Majesty cup" tennis turniri keçirməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 64 tennisçinin iştirakı ilə keçirilməsi planlaşdırılan turnirin mükafat fondu 10 milyon dollar olacaq. Turnirdə diqqət çəkən əsas məqam mükafat fondunun qalibə verilməsidir, digər 63 tennisçiyə ödəniş edilməyəcək.

"Majesty cup" sentyabrda "ABŞ Open" turnirindən 1 həftə sonra keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.