İdman

"Qarabağ" yaxşı futbol oynadı" - Nani

21 Sentyabr 2018 10:55
2 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çətin oyun oldu. Rəqibimiz çox yaxşı futbol oynadı. Birinci hissədə qol epizodları yaratsaq da, hesabı aça bilmədik. İkinci hissədə isə bu fürsətdən istifadə etdik və ilk qolu vurduq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri,  Portuqaliyanın "Sportinq" klubunun kapitanı Luiş Nani  Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında deyib.

İlk qolun ötürməsini verən portuqaliyalı oyunçu komandasına kömək etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Üç xal qazanmağımıza kömək etdiyim üçün şadam. Düzgün yolda irəliləyirik və belə də davam edəcəyik".

Nani "Arsenal"ın E qrupunun favoriti olduğunu bildirib: "Bu komanda Çempionlar Liqası səviyyəsindədir. Ancaq biz də "Arsenal"la oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda dəqiq favorit və udulmuş oyun yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.