İdman

Makqreqor və Nurməhəmmədov mətbuat konfransında bir-birini hədələdi

21 Sentyabr 2018 08:52
0 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovu döyüş öncəsi "qorxaq" adlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, irlandiyalı döyüş ustası bunu mətbuat konfransında deyib.

"Mən iki ildir döyüşmürəm, lakin siz avtobusdakı bu qorxağı özünüz gördünüz. O hətta mən avtobusa yaxınlaşanda belə aşağı düşmədi. Dostlarından birinin arxasında gizləndi, mən döyüşmək istədiyim üçün rinqə qayıtdım, onu döymək istəyirəm", - deyə Makqreqor bildirib.

Buna cavab olaraq Nurməhəmmədov bunu deyib: "Mən onu sadəcə əzəcəm. Onun dava etməyi heç nəyə yaramır, heç bir standarta uyğun deyil. Mən sakitcə çıxıb onun üzünü dağıdacağam. Sonra isə o boksa qayıda bilər".

Xatırladaq ki, Nurməhəmmədov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.