Topaz Premyer Liqada 4-cü turun ən yaxşı oyunçusu müəyyənləşib.
Milli.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, InStat Sportun təhlilinə əsasən, başa çatan turun ən yüksək indeksə malik futbolçusu "Neftçi"nin üzvü Səlahət Ağayevdir.
Qeyd edək ki, S. Ağayev geridə qalan 4 tur ərzində qapısından cəmi 2 top buraxıb.
Milli.Az