İdman

Azərbaycan poloçuları Avropa çempionatına böyük hesablı qələbə ilə başladılar - FOTO

20 Sentyabr 2018 18:10
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İtaliyanın Siyene şə­hərində start götürmüş Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığ­ma­mızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha çox fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Oru­cov turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyu­nundan razı qalmasını bildirib.

Prezident İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəti­cəsində ölkəmizdə polo idman növünün son illərdə xüsusilə böyük sürətlə inkişaf etməsini vur­ğulayan N.Orucov Niderland kimi təc­rübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şərai­tinin yara­dılma­sının ciddi əhəmiyyətini qeyd edib və buna görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdar­lığını ifadə edib.

Xatırladaq ki, Bey­nəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərə­fin­dən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı 30 sentyabr 2018-ci il tarixədək davam edəcək. Yarış təqviminə uyğun olaraq Azərbaycan yığma komandası 22 sentyabr tarixində Fransa, 26 sentyabr tarixində Slovakiya, 28 sentyabr tarixində İrlandiya yığmaları ilə görüşə­cək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal top­la­yan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.