İdman

"Biz qadın deyilik, futbol oynayırıq" - Əmrə Can

20 Sentyabr 2018 20:06
2 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un yarımmüdafiəçisi Əmrə Can dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Valensiya" ilə səfər oyununda (2:0) komanda yoldaşı Kriştianu Ronaldunun qırmızı vərəqə aldığı epizoda münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, türk əsilli alman futbolçu matçın baş hakimi Feliks Brixin qərarının düzgün olmadığını söyləyib:

"Eşitdiyimə görə, hakim qırmızı vərəqəni Ronaldoya rəqibin saçından dartdığı üçün göstərib. Biz qadın deyilik, futbol oynayırıq. Əgər belə şeyə görə "qırmızı" verirsənsə, onda istənilən qayda pozuntusu zamanı oyunçunu meydandan qovmalısan. Yüz faiz deyirəm ki, qırmızı vərəqə göstərilməməliydi".

Qeyd edək ki, Ronaldo matçın 29-cu dəqiqəsində rəqib futbolçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 33 yaşlı futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.