İdman

İsko: "Modriç "Qızıl top"a layiqdir"

20 Sentyabr 2018 20:45
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"n yarımmüdafiəçisi İsko "Roma" ilə oyundan (3:0) sonra verdiyi açıqlamada "Qızıl Top" uğrunda mübarizədə Modriçə dəstək olduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bu fikrini Modriçin həm kluba, həm də yığmaya olan faydalı iş əmsalı ilə əsaslandırıb:

"Oyunun nəticəsindən razıyam. Baxmayaraq ki, biz daha artıq qol vura bilərdik. Sevinirəm ki, mən də qol vura bildim. Modriçə gəlincə, o komandamız üçün vacib oyunçudur. Onun "Qızıl top"a layiq olduğunu düşünürəm. Həm klubu, həm də Xorvatiya yığması üçün unikal futbolçudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.