İdman

"Sportinq"ə sürpriz hazırlayacağıq" - "Qarabağ"ın müdafiəçisi

20 Sentyabr 2018 15:36
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Milli.Az sportal.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Nə üçün Lissabona 2 gün öncədən gəlmisiniz?

- Bakı ilə Lissabon arasında məsafə çoxdur. 7 saata yaxın yol var. Həmişə belə səfərlərdən öncə daha erkən yola düşürük.

- Bir şeyi başa düşə bilmirəm, səfərə niyə zədəli oyunçular da gedir?

- Bura bütün heyətlə gəlmişik. Klubda belə bir qayda var ki, hamı bir yerdə olmalıdı. Ona görə də zədəlilər də səfərə yollanır.

- "Qarabağ"ın "Sportinq" qarşısındakı şansları necədir?

- İndiyə qədər avrokuboklardakı oyunlarımıza proqnoz vermədim. Hər şeyə meydanda aydınlıq gələcək. Çox gözəl sürpriz hazırlayacağıq. Çünki mütəxəssislərin əksəriyyəti "Sportinq"in qalib gələcəyini düşünür. Ümid edirəm ki, hədəfimizə çatacağıq və uğurlu nəticə qazanacağıq.

- "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasına vəsiqə əldə etdi. Artıq görünür ki, müntəzəm olaraq, qrup mərhələsinə vəsiqə qazana bilirsiniz.

- Bu mövsüm ÇL-də bəxtimiz gətirmədi. Artıq ardıcıl 5-ci dəfə avrokuboklarda qrup mərhələsində çıxış edəcəyik. Şanslıyıq ki, qrupda Çempionlar Liqası səviyyəsində olan "Arsenal", "Sportinq" kimi klublarla düşdük. "Vorskla" kənardan zəif görümə bilər, amma bu komanda Ukrayna kubokunun qalibidir. Ukrayna təmsilçisinə qarşı daha diqqətli olmalıyıq. Bu cür turnirlərdə belə komandalar irəli gedə bilir. 

- "Joze Alvelade" stadionunda "Qarabağ" "Sportinq"ə qol vurmaq üçün nə etməldir? Fikrimcə, "Qarabağ" ötən oyunlarla müqayisədə topla çox oynamayacaq.

- Sizi bir az təəccübləndirəcəm. Çünki baş məşqçi taktiki hazırlıqlarda bizi fərqli mövqeylərdə oynadır. Biz ancaq müdafiədə oturmaq fikrində deyilik. Qurban Qurbanovun fəlsəfəsi belədir ki, rəqibdən qorxmayasan və hamıya qarşı yaxşı futbol sərgiləyəsən. Biz bunu ötən il Çempionlar Liqasında etdik. "Atletiko" ilə oyunlar zamanı topa yiyələnmə faizləri bizim xeyrimizə olub. Eyni oyunu Portuqaliyada nümayiş etdirməliyik. Bilirik ki, "Sportinq"in cinahda sürətli futbolçuları var. Rəqibin qarşısını kəsməli, onları topsuz qoymalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.