İdman

Ronaldunun bacısı əsəbiləşdi: "Bu, futbol adına utancdır"

20 Sentyabr 2018 12:48
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Valensiya"ya qarşı keçirilən oyunda meydandan qovulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ronaldunun Çempionlar Liqasında aldığı ilk qrımızı vərəqəyə bacısı müğənni Katya Uveryu da biganə qalmayb: "Bu qərar futbol adına utancdır. Ədalət öz yerini tutacaq. Qardaşıma haqsızlıq edirlər, ancaq Allah hər şeyi görür".

Xatırladaq ki, Ronaldu ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib.

Oyun "Yuventus"un qələbəsi ilə yekunlaşıb - 2:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.