İdman

Bakıda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair konfrans təşkil olundu

20 Sentyabr 2018 12:42
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edib.

Milli.Az xəbər verir ki, "Hilton Hotel"də IJF prezidenti Marius Vizerin də qatıldığı tədbir qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşib. 

İclasa Yaponiya Cüdo Federasiyasının prezindenti Yasuxiro Yamasita, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filtsmozer, müxtəlif milli federasiyaların nümayəndələri və digər şəxslər iştirak ediblər.

M.Vizer, eləcə də çıxış edən digər şəxslər idmanda gender bərabərliyinin önəminə diqqət çəkiblər. Bu sahədə düzgün strategiyanın və balansın olmasının vacibliyi vurğulanıb.

Y.Yamasita komissiyaya öz dəstəyini nümayiş etidirib və gender məsələsinin rəhbəri olduğu qurumda geniş müzakirə olunacağını söyləyib. O, digər milli federasiyaları da idmanda cinsi ayrıseçkiliyə qarşı mübarizəyə səsləyib.
S.Çorak isə çıxışı zaman kişi cüdoçuların ilk dəfə 1964-cü il Tokiyo Yay Olimpiya Oyunlarında, qadınların isə xeyli gec - 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında iştirakına icazə verildiyinə diqqət çəkib. O, bildirib ki, 2017-ci ildə IJF-nin gender bərabərliyi ilə bağlı sorğusuna milli federasiyaların cəmi 26 faizi reaksiya verib. Xorvaxtiyalı funksionerin sözlərinə görə, quruma üzv olan ölkələrin cəmi 20 faizində bu istiqamətdə fəal iş aparılır.

S.Filtsmozer çıxışı zamanı bildirib ki, müxtəlif cüdo yarışlarında kişi və qadınlar üçün nəzərdə tutulan mükafatın məbləğinin bərabər olması müsbət haldır.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Yaponiyanın ilk qadın referisi kimi debüt edən A.Amano isə xanımların daha çox hakimliyə cəlb edilməsinin vacibliyini vurğulayıb. K.Korkeri isə bildirib ki, dünyada cüdonun popluyarlığını daha da artırmaqdan ötrü qadınlar arasında bu idman növü geniş təbliğ olunmalıdır. 

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.