İdman

Sneyder ölümdən döndü

20 Sentyabr 2018 10:37
0 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin "Əl Qarafa" klubunda çıxış edən Uesli Sneyder ölümdən dönüb.

Milli.Az xəbər verir ki, sabiq klubu "Qalatasaray"ın Çempionlar Liqasında "Lokomotiv"lə oyununu (3:0) izləyən və daha sonra qələbəni qeyd edən hollandiyalı futbolçu evə gedərkən qəza keçirib.

34 yaşlı yarımmüdafiəçinin avtomobilinə ziyan dəysə də, özü kiçik xəsarətlə canını qurtarıb.

Sneyderin klubu "Əl Qarafa" futbolçunun qəzaya düşməsini təsdiqləyib. Qətər təmsilçisinin rəsmi Twitter səhifəsi komandanın məşqini izləyən 34 yaşlı futbolçunun fotosunu paylaşıb.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.