İdman

"Qarabağ" "Sportinq"ə məğlub oldu - YENİLƏNİB - FOTO

21 Sentyabr 2018 00:56
7 Şərh     Baxış: 4 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21.09.2018

00:56

Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxıb.

Oyun ev sahibi "Sportinq" komandasının 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 54-cü dəqiqədə portuqaliyalı kapitan Naninin ötürməsini Rafinya qolla tamamlayıb.

Oyunun sonlarına yaxın, 88-ci dəqiqədə "Qarabağ"ın müdafiəsindəki boşluqdan Kabral istifadə edərək hesabı 2:0 edib.

Qrupun digər oyununda "Arsenal" doğma meydanda Ukraynanın "Vorskla" komandasını 4:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu 4 oktyabrda Bakı Olimpiya stadionunda "Arsenal"a qarşı keçirəcək.

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0 
Qollar: Rapinha, 54, Cabral, 88
Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

---------

00:18

Avropa Liqası
Qrup mərhələsi, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə)
Qol: 
Rapinha, 54
Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

---------

00:09

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. "Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 0:0 (İkinci hissə)
Hakimlər
: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

-----------------

20.09.2017

23:51

Avropa Liqası

Qrup mərhələsi, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Fasilə)

Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

----------

23:13

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın "Qarabağ" komandası səfərdə Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşır. Oyun "CBC Sport" telekanalında birbaşa yayımlanır.

"Qarabağ"ın start heyətində Vagner, Qara Qarayev, Maksim Medvedev, İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozoviç, Yaqub Jerniçak, Bədavi Hüseynov, Donald Gerye və Çoşqun Diniyev yer alıblar.

"Sportinq"in ilk onbirliyində isə meydana Romen Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodrigo Batalya, Nani, Rafinya, Jeremi Matyö və Nemanya Qudel çıxıblar.

"Joze Alvalade" stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin 99-ci avrokubok oyunudur. 98 qarşılaşmada Qurban Qurbanovun yetirmələri 35 dəfə meydanı qələbə ilə tərk ediblər.

Matçı Fransadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Fransua Leteksiyedir. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edirlər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirir.

Matçın hakim-inspektoru Bosniya və Herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.

"Qarabağ" klubunun yer aldığı E qrupun digər oyununda İngiltərənin "Arsenal" klubu Ukraynanın "Vorskla" komandasını qəbul edir.

-----------

23:04

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Hakimlər
: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

22:24

Avropa Liqasının qrup mərhələsinin ilk turunda saat 23:00-da başlayacaq "Sportinq" - "Qarabağ" oyunu üçün start heyətlər açıqlanıb.

Qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək.

Zədəsini bərpa edən Miçel isə ehtiyat oyunçular skamyasında yer alıb.

Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb.
Milli.Az UEFA-nın saytına istinadən bildirir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Sportinq: 19. Romen Salin, 4. Sebastyan Koates, 8. Bruno Fernandes, 9. Markos Akuna, 10. Fredi Montero, 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luis Nani (k), 21. Rafinya, 22. Jeremi Matye, 86. Nemanya Qudel.

Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andre Pinto, 18. Karlos Mane, 23. Abdulay Diabi, 25. Radosav Petroviç, 76. Bruno Qaspar, 77. Covane Kabral.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Miçel, 9. Araz Abdullayev, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov.

----------

07:25

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxacaq. Ağdam təmsilçisi səfərdə "Sportinq"in qonağı olacaq.

Lissabon təmsilçisi bu mövsüm ÇL-də debüt matçında çıxırsa, "Qarabağ" bu mərhələyə qədər 8 rəqiblə üz-üzə gəlib.

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. "Sportinq" (Portuqaliya) - "Qarabağ" (AZƏRBAYCAN)
Hakimlər
: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon "Joze Alvalade" stadionu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.