İdman

"Həkimlər 2 həftə oynamamağı məsləhət gördülər" - Rəşad Sadıqov

19 Sentyabr 2018 19:24
1 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şerif"lə oyundan sonra ağrılarım var idi. Amma həmin vaxt ciddiyə almadım. 3-4 gün müalicə alıb, davam etdim".

Milli.Az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Zədə səbəbindən Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Sportinq"lə səfər oyununu buraxmalı olan təcrübəli müdafiəçi meydana qayıdacağı vaxtı da açıqlayıb:

"Sumqayıt"la oyundan sonra ağrılar bir az artdı. Dünənki məşqdə isə daha da şiddətləndi. MRT müayinəsindən keçdim. Həkimlər 2 həftə oynamamağı məsləhət gördülər. Ona görə də bu müddət ərzində matçlarda iştirak etməyəcəyəm. Bir həfətlik müalicədən sonra fərdi məşqlərə başlayacağam. Amma komandaya nə zaman qoşulacağım həkimlərin rəyindən asılıdır. Çünki onların nəzarəti altında olacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.