İdman

Berluskoni İtaliyada klub aldı

19 Sentyabr 2018 18:12
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın keçmiş prezidenti Silvio Berluskoninin İtaliyanın 3-cü seriyasında çıxış edən "Montsa" klubunu almaq istədiyi xəbərini vermişdik.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Montsa"nın prezidenti Nikola Kolombo klubun səhmlərinin 95 faizini Berluskoniyə satdıqlarını bildirib. Bu barədə İtaliya mətbuatına açıqlama verən Kolombo bunları deyib:

"Səhmlərin 95 faizi Berluskoniyə, qalan 5 faizi isə mənə məxsus olacaq. Klubun gələcək inkşafını nəzərə alaraq, belə bir addım atdıq. "Montsa" güclü klubdur. Bir neçə il sonra klubun əsas liqada mübarizə aparacağına inanırıq".

Berluskoni "Milan"ı 1986-cı ildə almışdı. O, klubu 2017-ci ildə çinli biznesmenə 860 milyon dollara satıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.