İdman

Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb - RONALDU GERİDƏ QALDI

19 Sentyabr 2018 07:37
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu üstələyib.

Milli.Az "report"-a istinadən bildirir ki, Çempionlar Liqasının birinci turunda PSV-ə qarşı oyunda Kataloniyanın hücumçusu rəqibin qapısından 3 qol (32; 77; 87-ci dəqiqələr) keçirib. Matç "Barselona"nın PSV üzərində 4:0 hesablı qələbəsi ilə başa çatıb.

FİFA-nın rəsmi tvitterinin məlumatına görə, bu, argentinalı futbolçunun Çempionlar Liqasında 8-ci het-trikidir. Messi bu göstərici ilə turnir tarixində rekorda imza ataraq ən yaxşı oyunçu olub. Ronaldu həmin göstəriciyə görə ondan 1 het-trik geri qalır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.