İdman

Qurban Qurbanov komandasının son durumundan danışdı - Rəşad Sadıqov oynamayacaq

18 Sentyabr 2018 23:56
2 Şərh     Baxış: 2 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Sportinq" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Milli.Az sport24.az-a istinadən bildirir ki, Ağdam klubunun çalışdırıcısı komandadakı son durumla bağlı bunları söyləyib:

"Simeon Slavçevlə Dani Kintana "Sportinq"lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündü komandayla məşq edir".

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidi. Amma o, bir daha müayinədən keçəcək. Görünən odu ki, qarşıdakı oyunu buraxacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.