İdman

Azarkeş hakimi vurdu, oyun təxirə salındı

18 Sentyabr 2018 23:52
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə 1-ci liqasında dünən keçirilən "Balikəsirspor" - "Ümraniyəspor" matçı ilk hissədən sonra təxirə salınıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, buna səbəb 44-cü dəqiqədə bir azarkeşin meydana girərək, oyunun baş hakimi Atilla Karaoğlana yumruqla zərbə endirməsi olub. İkinci hissədə meydana çıxmayan baş hakim matçın təxirə salındığını bildirib.

Azarkeş polis işçiləri tərəfindən saxlanılıb.

Qarşılaşma ilə bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.