İdman

Keçmiş prezidenti məhkəməyə verir - Ansi Aqollinin məşqçisi

18 Sentyabr 2018 23:51
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniya yığmasının baş məşqçisi Kristian Panuççi məhkəməyə müraciət edəcək.

Milli.Az komanda.az-a istinadən bildirir ki,Panuççi Albaniyanın sabiq prezidenti Buyar Nişandan şikayətçidir. Mütəxəssis hesab edir ki, Buyar onu təhqir edib.

Albaniya yığması Kosovo ilə yoldaşlıq oyununda 0:3 hesabı ilə məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra sabiq prezident "facebook"da belə yazmışdı:

"Bravo, Kosovo! Panuççi şarlatandı. O, qurulan hər şeyi dağıtdı".

Panuççi şərəf və ləyaqətinə vurulan zərərə görə, 100 min dollar tələb edir. Məhkəmə 30 gün ərzində qərar çıxaracaq.

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya yığmasının şərəfini qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.