İdman

Taleh Məmmədov Minskdə çempion oldu

18 Sentyabr 2018 22:48
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Slovakiyanın Trnava şəhərində gənc güləşçilər arasında dünya çempionatında ilk medalımızı qazanmışıq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yunan-Roma güləşçilərimizdən Nəzərşah Fətullayev (87 kq) bürünc medal qazanıb.

Belarusun paytaxtı Minskdə isə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri davam edir. İkinci yarış günündə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb.

Sabah daha üç medal qazana bilərik. Belə ki, Murad Məmmədov (60 kq) və İslam Abbasov (87 kq) finalda, son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə III yer uğrunda güləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.