İdman

İtaliya B Seriyası dayandırıldı - komanda sayına görə

18 Sentyabr 2018 21:56
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya futbolunda maraqlı hadisə yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsi komanda sayı az olduğu üçün B Seriyasının müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Adətən hər il çempinatda 22 klub iştirak edir. Mövsümün əvvəlində "Bari", "Avellino" və "Çezena" müflis olduğundan B Seriyasında 19 komanda qalıb. Fürsətdən istifadə edən C Seriyası təmsilçiləri - "Pro Verçelli", "Kataniya", "Syena", "Novara" və "Ternana" sözügedən klubları əvəzləmək üçün məhkəməyə müraciət edib. Məsələyə sentyabrın 21-də, xüsusi komissiyanın iclası zamanı aydınlıq gələcək.

Qeyd edək ki, B Seriyasında artıq 3 tur keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.